Xəbər lenti

Sabiq prezident  Abdullah Gülün həkimi həbs edildi
Siyasət 23:28 05.02.2019

Sabiq prezident Abdullah Gülün həkimi həbs edildi

Prezident Abdullah Gülün sabiq şəxsi həkimi azadlıqdan məhrum edilib. 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin 11-i Prezidenti Abdullah Gülün şəxsi həkimi Sedat Caner Fəthullah Gülən terror təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilməklə şərti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Caner 2012-2015-ci illər ərzində FETÖ terror təşkilatı ilə sıx əməkdaşlıq edib. Ona ölkəni tərk etmək qadağan olunub.
 
Qeyd edək ki, F.Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->