Dünya 15:15 17.04.2019

Sabiq prezident həbsxanaya göndərildi

Sudanın sabiq prezidenti Ömər Əl Bəşir Hərbi Keçid Şurası tərəfindən həbsxanaya göndərilib.

Qaynarinfo xəbər verir ki, sabiq ölkə rəhbəri ötən günə qədər ev həbsində saxlanılırdı.

Qeyd edək ki, Sudanda 11 apreldə hərbi çevriliş baş tutub və Ömər Əl Bəşir hakimiyyətdən uzaqlaşdırılıb.

Gülşən