Xəbər lenti

Sabiq prezidentə 8 il həbs cəzası verildi
Dünya 11:28 20.07.2018

Sabiq prezidentə 8 il həbs cəzası verildi

Cənubi Koreyanın sabiq prezidenti Pak Kın He 8 il müddətinə azadlıqdan məhrum edilib və partiya fəaliyyətlərinə qadağa qoyulub.

Qaynarinfo xarici KİV-ə istinadə xəbər verir ki, o, büdcə vəsaitlərini mənimsəməkdə ittiham edilib.

Məhkəmənin qərarına görə, sabiq prezident Cənubi Koreya Milli Kəşfiyyat İdarəsinin büdcəsindən təxminən 3 milyon dolları öz offşor hesablarına yönləndirdiyi üçün 6 il, prezident seçkiləri ərəfəsində namizədliyini qanunsuz yollarla irəli sürdüyü üçün isə 2 il, ümumilikdə 8 il həbs cəzası alıb.

Xatırladaq ki, bu ilin aprel ayında Seul məhkəməsi keçmiş prezidentin 24 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar qəbul etmişdi.

Qeyd edək ki, Pak Kın He 2017-ci ilin aprelində saxlanılıb, korrupsiya, vəzifəsindən sui-istifadə etmə və hökumət məlumatlarının açıqlanması da daxil olmaqla 18 maddə ilə ittiham olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->