Dünya 20:23 20.04.2019

Sabiq prezidentinin evində milyardlar aşkarlandı

Sudan Hərbi Prokurorluğunun müstəntiqləri ölkənin devrilən prezidenti Ömər əl-Bəşirin yaşadığı evdə axtarış aparıb.

Qaynarinfo xəbər verir ki, istintaq qrupu evdə milyonlarla avro və yerli valyuta ilə bir neçə milyard pul tapıb. Sabiq prezidentin evində aşkarlanan 6 milyon avro, 351 min dollar, həmçinin 5 milyard Sudan funtu (təxminən 105 milyon dollar) ölkənin Mərkəzi Bankına yerləşdirilib. Bununla bağlı korrupsiya üzrə iki cinayət işi açılıb.

Xatırladaq ki, aprelin 11-də Sudanda hərbi çevriliş olub. Dövlət başçısı Ömər əl-Bəşir və onun bəzi ailə üzvləri, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri də daxil olmaqla, respublikanın sabiq hakimiyyətinin 200-ə yaxın nümayəndəsi həbs olunub.