Dünya 13:00 26.02.2021

Sabiq XİN şefi: “Ermənistanda baş verən hadisələr onu göstərir ki...”

"Hansısa halda Ermənistan bu bəyannəmədən çıxmaq cəhdi göstərsə, Azərbaycan öz maraqlarını təkcə Laçın dəhlizində deyil, digər nöqtələrdə də tam şəkildə təmin eləməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Azərbaycan və Ermənistan hələlik 10 noyabrda imzalanan birgə bəyannəmənin bəndlərinə əməl edir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ehtimalına gəlincə, sabiq nazir bunun mümkünsüz göründüyünü qeyd edib:

 "Paşinyanın hakimiyyətdən gedəcəyinə inanmıram. Çünkü hadisələr onu göstərir ki, müxalifət qüvvələrinin gücləri yetərincə deyil. Ermənistanda olan insanlar Paşinyanı dəstəkləyirlər. Bu dəstək də davam edir”.

Bahar Rüstəmli