Xəbər lenti

Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı
Ölkə 21:12 15.05.2021

Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı

Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

"Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->