Pensiya dələduzluğu ilə bağlı daha bir cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, Sabirabad Rayon Məhkəməsi müttəhim O.R.-nı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilib və ona 1000 manat məbləğində cərimə cəzası təyin edib.
İş materiallarından aydın olur ki, Sabirabad Rayon Dövlət Sosial Müdafiə Fondunun Kamal adlı keçmiş müdirinin evində usta işləyən E.K. ürəyindən əməliyyat olunub. O, əməliyyatdan sonra əlillik dərəcəsi alaraq pensiyaya çıxıb. Bununla bağlı keçmiş müdirə müraciət edib. Lakin o bildirib ki, hələ tezdir.
Bir müddət sonra isə ona O.R. zəng edib. O, nömrəni Kamal müəllimdən götürdüyünü deyərək pensiya məsələsini həll edəcəyini deyib. Tərəflər görüşdükdə O.G. zərərçəkmişdən 3500 manat pul tələb edib. E.K. isə 3000 verərək yerdə qalan 500 manati da iş düzələndən sonra verəcəyini bildirib.
Lakin O.G. vədinə əməl etməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.
O.G. məhkəmədə bildirib ki, aldığı pulu şəxsi ehtiyaclarına xərcləyib və sonradan dəymiş zərərin 1500 manatını qaytarıb. Zərərçəkmiş də ifadəsində təqsirləndirilən şəxslə barışdığını deyib.
Seyid
Şərhlər