Ölkə 23:26 28.07.2018

Şabranda meşə massivində yanğın başladı

Şabran rayonu ərazində meşə massivində yanğın başlayıb.  

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, yanğın rayonun Zeyvə kəndi ərazisində qeydə alınıb. 

Ərazi İnzibati Ərazi Vahidliyindən verilən məlumata görə, əraziyə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.