Xəbər lenti

Sabunçunun 4 gölündə balıqlar niyə tələf olurlar? - Rəsmi açıqlama
Video 23:21 26.01.2025

Sabunçunun 4 gölündə balıqlar niyə tələf olurlar? - Rəsmi açıqlama

Bakının Sabunçu rayonu ərazisində yerləşən göldə balıqlar kütləvi tələf olur.

Görüntülər Zabrat-Maşqağa yolunun kənarında yerləşən göldəndir.

İllərdir ərazi baxımsız vəziyyətdədir.

Sakinlər deyirlər ki, vaxtilə bu ərazidə süni göllər olub. Hazırda isə kanalizasiya mənbəyinə çevrilib.

"Xəzər Xəbər"ə müraciət edən Kənan Məmmədov uzun illərdir bu göldən balıq tutduğunu deyir.

Balaxanı sakini olan həmsöhbətimiz bildirir ki, əvvəl həftəsonu bu gölün ərazisi balıq həvəskarları ilə dolu olardı. Ərazinin baxımsız vəziyyətdə olması hazırda balıqların, hətta quşların da ölümü ilə nəticələnir.

Sakinlər bununla bağlı dəfələrlə aidiyəti qurumlara müraciət ediblər. Amma onların səsinə səs verən yoxdur.

Ekoloq Amin Məmmədov deyir ki, bu kimi hallar təkcə kaalizasiya sularının göllərə axıdılması nəticəsində yox, həm də sənaye tullantılarının gölə atılması zamanı da baş verə bilir. Bundan başqa, göldə gedən hidrodinamik proseslər də buradakı canlıların kütləvi ölümü ilə nəticələnə bilər.

Ekologiya və Təbii Sərrvətlər Nazirliyindən isə "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, əraziyə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin nümayəndələri ilə birlikdə baxış keçiriləcək və monitorinq aparılacaq. Gölün müxtəlif nöqtələrindən və dərinliklərindən su nümunələri götürülərək analiz olunması üçün nazirliyin mərkəzi laboratoriyasına təhvil veriləcək. Analizin nəticələrinə əsasən, göl suyunun qənaətbəxşliyi təhlil ediləcək.

Nazirlikdən həmçinin qeyd edildi ki, tələf olmuş balıqlar üzərində analizlər aparılacaq, balıq nümunələrindən infeksion xəstəliklərin və zəhərlənmə hallarının olub-olmadığı yoxlanılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->