Xəbər lenti

Şagirdlərin münasibətində zorakılğı artıran səbəblər (VİDEO)
Video 17:20 15.04.2019

Şagirdlərin münasibətində zorakılğı artıran səbəblər (VİDEO)

Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də şagirdlər arasındakı münasibətlər və zorakılıq hallarının artmasıdır. Buna ən əsas səbəb kimi əsasən sosial sürətli medianın inkişafı və burada zərərli informasiyaların yayılması göstərilir.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Anar Məmmədov - Təhsil üzrə ekspert: "Əvvəlki şagirdlərin informasiya axınına bu qədər çıxışı yox idi. Əvvəlki şagirdlər bu yaşda zorakılıqdan xəbərləri yox idi, bu yaşda açıq məlumatlardan, yaşlarına uyğun olmayan məulmatlardan xəbərləri yox idi”.

Uşaqlarda aqressiyasının artmasında təhsil müəssisələri qədər valideynin də rolu var. Bəzi ata və anaların övladlarına vaxt ayırmaması, zərərli davranışlarının zamanla düzəlcəyini gözləməsi və ya bunun məsuliyyətini təkcə müəllimlərdə görməsi təhlükənin daha da artmasına yol açır.

Elnur Rüstəmov – Psixoloq: "Bu gün ailə daxili şiddət, zorakılıq var. Bundan da ən çox əziyyət çəkən o ailədə böyüyən uşaqlardı. Valideyn də düşünür ki, zaman keçər düzələr.  Yaxud da düşünür ki, bunu məktəb etməlidir. Amma mən düşünürəm ki, məktəbə qədər bu işdə valideyn də məsuliyyət daşıyır”.

Uşaqların düzgün istiqamətdə tərbiyə olunmasında müəllim, valideyn və psixoloqlar birgə çalışmalıdır. Ekspertlər belə hesab edir ki, bunun üçün digər dövlət qurumlarının, hıtta hüquq-mühafizə orqanları nümayəndələrinin rolundan da istifadə olunmalıdır.

Elmar Nurəliyev - Təhlükəsizlik mütəxəssisi: "Məktəb rəhbərlikləri, rəhbərlər uşaq inspektorları ilə qarşılıqlı iş görməlidirlər. Məktəbdə hansısa uşaqda bir problem varsa, məsələn, istər mənəvi-psixoloji, istər şagirdlə müəllim arasında, yaxud da şagirdlə ailə-ev arasında problem varsa o uşaq inspektorunun köməyi ilə bunun aradan qaldırımağına nail olmaq olar”.

Əsas problemlərdən biri də müəllimlərin uşağa görə məsuliyyətini məktəbin qapısından çıxdığı an, valideyn isə evdən çıxan kimi bitdiyini düşünməsidir. Amma halbuki müəllimlərin uşağın dərsdən sonrakı həyatı, valideyn isə həm də məktəbdəki davranışlarını ilə mütəmadi maraqlanmalıdır.

Şagirdlərin zərərli davranışları məsələsində həm valideyn, həm də müəllimlər özünə düşən vəzifələri anlamalı və məsuliyyətlə yanaşmalıdırlar. Bu məsələdə gözardı edilən hər hansı xırda məqam belə sonralar daha təhlükəli nəticələrə səbəb ola bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->