Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçıları növbəti oyunlarına çıxıblar.
Qaynarinfo xəbər verir ki, Şəhriyar Məmmədyarov ağ fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb və rəqibini məğlub edib.
Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla Boqdan Daniel Dyakla (Rumıniya) heç-heçə edib.
Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, Aleksandr Qrişukla (Rusiya) birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.
Şərhlər