Xəbər lenti

Sahibə Qafarova Numan Kurtulmuşa başsağlığı verdi
Ölkə 20:00 11.11.2025

Sahibə Qafarova Numan Kurtulmuşa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

Bu barədə Qaynarinfo-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclis sədri bununla bağlı TBMM sədrinə ünvanladığı başsağlığı məktubunda Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbərdən sarsıldığını bildirib.

Spiker Sahibə Qafarova, TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->