Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli fevralın 16-da dünyasını dəyişib.
Qaynarinfo-nun xeberle.com-a istinadən məlumatına görə, Ş. Qəribli 66 yaşında müalicə aldığı xəstəxanada dünyaya gözlərini əbədi yumub.
Qeyd edəki, mərhum doğulduğu Kürdəmir rayonunda dəfn edilib.
Ailəsi və yaxınlarına Allahdan səbr diləyirik. Allah rəhmət eləsin
Şahmar Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
Şərhlər