Müxtəlif yaş qrupları arasında şahmat üzrə onlayn Avropa çempionatına bu gün yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, son günün nəticəsindən asılı olmayaraq, Azərbaycan şahmatçısı Uğur İlyaslı vaxtından əvvəl çempionluğu təmin edib. 18 yaşlı oğlanların yarışında 7,5 xal toplayan Uğur ən yaxın izləyicisini 1,5 xal qabaqlayıb.
16 yaşlı qızların yarışında Ayan Allahverdiyeva 6,5 xalla 1-2-ci yerləri bölüşür. Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar) öz yaş qruplarında liderdən cəmi yarım xal geridədirlər.
10 yaşlı şahmatçıların turnirində mübarizə aparan Səadət Bəşirli isə 6 xalla 2-6-cı yerləri bölüşür.
Səbuhi Həsənov
Şərhlər