İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, dünən dünyasını dəyişən Edinburq Hersoqu, Şahzadə Filip evindəki yatağında sakitcə ölmək istəyirdi.
Qaynarinfo xəbər verir ki, II Elizabetanın mərhum ərinin son arzusunu kral ailəsinə yaxın mənbə "New York Post” nəşrinə açıb.
Onun sözlərinə görə, hersoq Vindzordakı qəsrdə "sakitcə vəfat etməyi çox istəyirdi". "Filip təlaş istəmirdi. O, hər şeyin sona kimi öz yolu ilə getməsinin istədi", - mənbə nəşrə bildirib.
"Bundan başqa, şahzadə Filip dövlət dəfn mərasimini dövlət səviyyəsində keçirməmək arzusunu ifadə edib, baxmayaraq ki, kraliçanın əri idi və o, bu hüquqa malik idi. Bunun əvəzinə Vindzordakı Müqəddəs Georgi kilsəsində xüsusi xidmətlə hərbi dəfn təşkil ediləcək”, - deyə "The Mirror” bildirib.
Qeyd edək ki, Şahzadə Filip aprelin 9-da Vindzor qəsrində 99 yaşında vəfat edib. İki ay sonra – iyun 10-da onun 100 yaşı tamam olacaqdı. Şahzadənin ölüm səbəbləri açıqlanmır. Onun vəfatı ilə əlaqədar Britaniyada 20 günlük ümummilli matəm elan edilib.
Şərhlər