Tanınmış şair Şaiq Vəli bu gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində vəfat edib.
Qaynar.info-nun Kulis.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə şairin dostu jurnalist Umud Rəhimoğlu xəbər verib.
Mərhumla vidalaşma mərasimi sabah saat 13:00-da yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 54 ünvanında keçiriləcək.
Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olan istedadlı şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Şeirləri uzun müddət dövri mətbuatda çap olunub.
Şərhlər