Xəbər lenti

Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdu
Ölkə 15:54 11.05.2024

Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdu

Rüşvət almaqda təqsirləndirilərək həbs edilən Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri Faiq Köçəriyev və Ağayar Yusubov Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Qaynarinfo xəbər verir ki, onlarına şikayəti hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq. Avqustun 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

Faiq Köçəriyev Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kəndi, Ağayar Yusubov isə Vilvan kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyib. 

Onlar 2021-ci ildə həbs ediliblər və barələrində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) cinayət işi başlanıb. İşin məhkəmə istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılıb. Lakin onlara verilən cəza barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

311.2-ci maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->