Tovuz Rayon Məhkəməsi tanınmış şair Murad Köhnəqalanın 15 günlük həbs edilməsi ilə bağlı qərar qəbul edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, buna səbəb M.Köhnəqalanın keçmiş həyat yoldaşının ona qarşı açdığı 12 min manatlıq aliment mübahisəsidir.
Qeyd edək ki, M.Köhnəqala heç bir yerdə işləmir və adına heç bir əmlak yoxdur.
Şairin indiki həyat yoldaşı Şəlalə Göytürk məsələylə bağlı kulis.az-a açıqlama verib.
O bildirib ki, Muradın keçmiş həyat yoldaşı və qızının dediyinə görə, aliment yığılıb 12 min manata gəlib çatıb:
"Tələb olunub ki, pulu yerindəcə ödəsin. Murad isə deyib ki, işsizdir, körpə uşağa baxır. Əlindəki torpağı və evi keçmiş həyat yoldaşına verib. Həmçinin rəsmi və qeyri-rəsmi pul ödənişləri edib. Murad alimentlərin çekini də məhkəməyə təqdim edib. Məhkəmə bütün bunları, Muradın sosial vəziyyətini nəzərə almadan iki qadının sözlərinə görə ona həbs cəzası verib.
Keçmiş yoldaşı mənə elə gəlir ki, qisas almaq üçün bu addımı atıb. Murad mənə zəng edib dedi ki, maşına mindirib aparırlar, amma hara aparacaqlarını deməyiblər”.
Şərhlər