Xəbər lenti

Sakinlər təhlükədədir: Yaşayış binası hər an çökə bilər (VİDEO)
Video 16:01 24.10.2021

Sakinlər təhlükədədir: Yaşayış binası hər an çökə bilər (VİDEO)

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qəzalı bir bina var. Bununla bağlı aidiyyəti qurumların sökülməsi barədə rəyi olsa da, qərar icra edilmir. Nəticədə sakinlərin həyatı üçün təhlükə hər an artır. Orada yaşayanlar tezliklə köçürülmələrini tələb edirlər. Əks halda insan tələfatı ola bilər.

Qaynarinfo "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, yaşayış binasının pilləkəni dağılıb, birinci mərtəbə ikinci mərtəbədən aralanıb, evin döşəməsi çöküb, zirzəmiyə yarım metrə qədər su yığılıb.

Görüntülər Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəndir. Qəsəbə ərazisində 1951-ci ildə tikilmiş yaşayış binası hər an çökə bilər.

Rayon icra hakimiyyətinin nümayəndələri gələrək binaya baxış keçiriblər və binanın yaşayış üçün təhlükəli olması qənaətinə gəliblər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi də sakinlərin dərhal köçürülməsi ilə bağlı rəyi var.

Bina hazırda Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbə Mənzil təsərrüfatı istehsalat istismar təmir sahəsinin balansındadır. Sahənin rəisi sakinlərin köçürülməsi barədə görüləcək tədbirdən məlumatsız olduğunu bildirdi.

Hazırda qəzalı vəziyyətdə olan binada yaşamaq məcburiyyətində qalan sakinlər aidiyyəti dövlət qurumların atacaqları addımları gözləyirlər.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->