Xəbər lenti

Salvadorda Müdafiə nazirinin oğlunun olduğu hərbi təyyarə qəzaya uğradı
Dünya 10:25 03.12.2021

Salvadorda Müdafiə nazirinin oğlunun olduğu hərbi təyyarə qəzaya uğradı

Göyərtəsində müdafiə naziri Merino Monroyun oğlu Jerardo Martinonun olduğu hərbi təyyarə Salvador sahillərində qəzaya uğrayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə silahlı qüvvələrindən bildirilib.

Hərbçilərin sözlərinə görə, təyyarə bir gün əvvəl dənizdə itmiş yaxtanı axtarırmış. Onun üzərində üç ekipaj üzvü olub, hazırda onlar axtarılır.

Ekipajın ölümünün rəsmən təsdiqlənməsə də, Salvador prezidenti Nayib Bukele müdafiə nazirinə başsağlığı verib və tvitter hesabında yazıb:

"Ya Rəbb, nazir Merino Monroya güc ver və ona rəhbərlik et”.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->