"Samanyolu"nun 3 əməkdaşı həbs olundu

Türkiyədə fəaliyyətini dayandırmış Samanyolu TV-sinin əməkdaşlarına qarşı FETÖ əməliyyatı həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, Ankara Baş Prokurorluğunun məlumatına görə, TV-nin Ankara şöbəsinin 3 əməkdaşının "ByLock" gizli mesajlaşma proqramından istifadə etdiyi müəyyənləşib. Həmin şəxslər barədə terror təşkilatına üzv olmaq ittihamı ilə həbs qərarı verilib. 

Ötən gün başlayan əməliyyatda Tacəddin.A və İbrahim Ənvər Ö. adlı 2 nəfər saxlanılıb, Halil O-nun axtarışı davam etdirilir.


XƏBƏRLƏR
BLOGLAR