"Samsung" ən bahalı telefonlarını satışa çıxarır: neçəyə olacaq?
"Samsung" fevralın 25-də "Galaxy S9" və "Galaxy S9+" modellərinin təqdimatını keçirəcək. Qaynarinfo xəbər verir ki, şirkət rəsmi media dəvətnamələrini mətbuat orqanlarına göndərib.
Bu arada yeni telefon modelləri ilə bağlı yeni iddialar səslənib. Mobil cihazlarla bağlı gizli məlumatları paylaşmaqla məhşurlaşan "Ricciolo" "Twitter" hesabını iddiasına görə, "Galaxy S9" və "Galaxy S9+" "Samsung"un indiyə qədərki ən bahalı telefonları olacaq.
Ötən il satışa çıxarılan "Galaxy S8"in qiyməti 700, "Galaxy S8+"in qiyməti 800 dollar idi. 256 GB-lıq model isə 1000 dollara satışa çıxarılmışdı.
Başqa bir mənbəyə görə isə "Samsung"un S9 seriyasında qiymətləri artırması şirkət üçün qumar ola bilər. Çünki bu vəziyyətdə telefon həvəskarları şirkətin yeni məhsullarına maraq göstərməyə bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər