"Samsung" şirkətinin 2019-cu ildə satışa çıxaracağı "Galaxy S10" modeli ilə əlaqədar növbəti informasiya yayılıb.
Qaynarinfo Forbes-ə istinadən xəbər verir ki, şirkət "Galaxy S10" modelində 5G funksiyasına sərhəd qoyacaq. "5G" texnologiyasına sahib az sayda "S10" modeli istehsal ediləcək. Qiyməti təxminən 1000 dollar olacaq "Galaxy S10+" modelində də eyni qayda tətbiq ediləcək və "5G"yə sahib az sayda telefon satışa çıxarılacaq.
Qeyd edək ki, "5G" texnologiyası bu ilin sonuna qədər mobil telefonlarda tətbiq ediləcək.
Gülşən
Şərhlər