“Samsung” şirkəti dünyada daxili alkotesterə malik ilk smartfon təqdim edəcək.
"Qaynarinfo" Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi artıq “Samsung”un alkotester texnologiyasını patentləyib.
Müəlliflər tərəfindən “qaz datçiki” kimi təsvir edilən modul istifadəçinin nəfəsini təhlil edərək onun sərxoşluq səviyyəsini ölçmək qabiliyyətinə malikdir. Şirkətin mühəndisləri alkotesteri stilusun daxilinə yerləşdirməyi təklif edirlər ki, bu da smartfonun korpusunda yerə qənaət etməyə imkan verəcək. Patent sənədlərinə əsasən, yeni texnologiya “Galaxy Note” modellərində əlçatan olacaq.
Yeni alkotester sürücüləri cərimələrdən və sürücülük hüququnun məhrum edilməsindən qoruyacaq.
Qaynarinfo.Az
Şərhlər