Siyasət 18:48 24.06.2021

Sankt-Peterburqda erməni təxribatının qarşısı alındı (FOTO)

Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda erməni diasporu təxribat törətməyə çalışıb. 

Qaynarinfo xəbər verir ki, "şimal paytaxtı”nda yaşayan ermənilər "Dom kino” adlı kinoteatrda "Artsaxın övladları Neva çayı sahilində” adlı gecə keçirmək istəyib. Onların bu təşəbbüsündən xəbər tutan "Leninqrad vilayatənin və Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyət mərkəzi” ilə "Azərbaycan gənclərinin birliyi cəmiyyəti” ermənilərin arzusunu gözündə qoyub. 

Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutmalı olan tədbirə rəhbərlik edən şəxs isə Rusiyanın əməkdar artisti, erməni əsilli Mariya Safaryants olub. 
 


Ermənilərin ideyasının həyata keçməməsi və onun festivalın gündəliyindən çıxarılması üçün "Leninqrad vilayatənin və Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyət mərkəzi”nin rəhbəri Vaqif Məmişov yerli miqrasiya idarəsi və Azərbaycan konsulluğuna bu haqda məlumat verərək, tədbirin keçirilməməsinə imkan verməyəyə çağırıb. Məmişov festivalın təşkilatçılarına da məlumat verərək bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Rusiyanın vasitəçiliyi ilə 10 noyabr anlaşması imzalanıb. Sankt-Peterburqda ermənilərin təşkil etmək istədiyi konsert proqramı böyük təxribat olmaqla yanaşı, Azərbaycan-Rusiya dostluq münasibətlərinə kölgə salmaq xarakteri daşıyır. Üstəlik, bu üçtərəfli anlaşmaya zidd olmaqla yanaşı, Azərbaycan ilə Sankt-Peterburq hökümətləri arasındakı əməkdaşlıq müqavilələrinin pozulması və beynəlxalq hüquq normalarının çeynənməsi deməkdir. 

Məhz mərkəzin rəhbərinin səyi nəticəsində uzun sürən gərgin danışıqlardan sonra konsertin anonsu bütün afişalardan yığışdırılıb. Festivalda çıxış edən Ermənistan kollektivi isə "Erməni uşaqları Neva sahilində” adlı nömrə təqdim edib. Konsertdə Sankt-Peterburq şəhərinin hökümət işçilərindən heç kim iştirak etməyib. 

Aydın