Barselonadakı Müqəddəs Ailənin Kəffarə Məbədi olan Saqrada Familia (daha çox Saqrada Familia kimi tanınır) dünyanın ən hündür kilsəsinə çevrilib. Bu, inşaatçılar onun mərkəzi qülləsinin bir hissəsini qaldırdıqdan sonra baş verib. 
	
Qaynarinfo xəbər verir ki, katedral hazırda 162,9 metr hündürlükdədir. Bu, 1890-cı ildən bəri ən hündür kilsə rekorduna sahib olan Almaniyadakı Ulm Minsterdən (161,5 metr) 1,4 metr hündürdür.
	
 
Katedralin tikintisi 1882-ci ildən bəri, məşhur Barselona memarı Antoni Qaudinin layihələri əsasında fasilələrlə davam edir. O, əvvəlcə kafedralın sağlığında tamamlanmasını planlaşdırmayıb: planlaşdırılan 18 qüllədən yalnız biri Qaudinin dövründə tikilib. 2010-cu ildə Papa XVI Benedikt kafedralı təqdis edib.
	
İnşaatçılar indi mərkəzi qüllənin, Xilaskar Məsihin tamamlanması və üzərinə xaçın qoyulması üzərində işə başlayıblar. Mərkəzi qüllənin tikintisinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır, lakin bundan sonra da tamamlama işləri davam etdiriləcək. Tikinti başa çatdıqdan sonra qüllənin hündürlüyü 172 metrə çatacaq.
	
Aydın
	
             
            
Şərhlər