Dünya 23:32 08.07.2020

Saratovda dəhşətli isti: Yumurta günəşdə bişdi (VİDEO)

Şəhərdə 40 dərəcəlik istilik olduğunu görən Saratov sakini avtomobilinin kapotu üstdə qayğanaq bişirib.

Qaynarinfo xəbər verir ki, saratovlu Andrey Troşin "Vzglyad-info”ya avtomobilinin ön qapağının üstündə istiliyin 80 dərəcəyə yüksəldiyini bildirib:

"Belə olduğunu görəndə bir tava qoyub yumurta qayğanaq etmək qərarına gəldim, nəticə də belə alındı", - şəhər sakini deyib.

Qeyd edək ki, Saratov bölgəsində bu günlərdə havanın temperaturu 35-40 dərəcədə arasındadır.
 
Alpər