Xəbər lenti

Sarayda məktəb yolu yararsız vəziyyətdə (VİDEO)
Video 23:46 10.12.2025

Sarayda məktəb yolu yararsız vəziyyətdə (VİDEO)

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 4 nömrəli tam orta ümumtəhsil məktəbinə aparan yol uzun müddətdir baxımsız vəziyyətdədir.

Sakinlərin verdiyi məlumata görə, xüsusilə yağışlı hava şəraitində yol keçilməz hala düşür, dərin palçıq sahələri yaranır və nə piyadalar, nə də nəqliyyat vasitələri üçün hərəkət mümkün olur.

Şikayətçilər bildirir ki, problem ən çox məktəblilərin gediş-gəlişinə ciddi çətinlik yaradır. Yağış yağdığı günlərdə uşaqlar palçığın içində hərəkət edə bilmir, valideynlərin bir çoxu onları məktəbə aparmaqda çətinlik çəkir, bəzən isə dərsə getməyə məcburi fasilə yaranır.

Sakinlərin sözlərinə görə, bu məsələ dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırılsa da, indiyədək real tədbir görülməyib.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 

 


 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->