Ekonomiks 16:22 25.06.2013

Sazz Internet-dən hərbçilər üçün xüsusi kampaniya (R)


Genişzolaqlı simsiz İnternet xidməti göstərən Sazz İnternet şirkəti 26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir. Kampaniyada iştirak edən bütün hərbi qulluqçulara AX 326 USB modemi hədiyyə olunacaq. Kampaniya iştirkaçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 AZN) ödəmək kifayətdir.

Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən Sazz  satış nöqtəsinə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbçi vəsiqəsini təqdim etməlidirlər. Hədiyyə kampaniyası iyun ayının 26-dan 30-na qədər şirkətin Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlədindəki bütün Sazz satış nöqtələrində keçiriləcək.  Satış nöqtələrinin siyahısı www.sazz.az saytında yerləşdirilib.

Sazz İnternetin bütün satış nöqtələri həftənin şənbə və bazar, həmçinin bütün bayram günlərində xidmət göstərir.

Xatırladaq ki, Sazz İnternet yeni abunəçilərə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda Sazz İnternet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda isə Sazz İnternetin əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.