Xəbər lenti

İdman 17:41 26.07.2023

"Səbail"də yeni legionerlərin sayı altıya çatdı

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Qaynarinfo-nun məlumatına görə, klub Adi Mehremiçi heyətinə qatıb. Bu barədə "Səbail"in mətbuat xidməti məlumat yayıb.
 
Mehremiç Bakı klubunun transfer etdiyi altıncı əcnəbi futbolçu olub. Son mövsümü Türkiyə Superliqası təmsilçisi "İstanbulspor”da keçirmiş müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
 
"Səbail" buna qədər Yusif Nəbiyev ("Kəpəz"), Süleyman Əhmədov ("Sumqayıt"), Rüfət Abdullazadə ("Sumqayıt"), Səlahət Ağayev ("Qəbələ"), Coşqun Diniyev ("Zirə"), Bahadur Həziyev ("Şamaxı"), Amil Yunanov ("Şamaxı"), Nir Bardea ("Bney Raina", İsrail), Yadin Luqasi ("Kiryat Şimona", İsrail), Pedro Nuno ("Adanaspor", Türkiyə), Valdemar Almeyda-Pana ("Academico de Viseu", Portuqaliya), Aleksandr Ramalinqomla ("Sedan", Fransa) da anlaşmışdı.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->