İdman 18:48 04.12.2021

"Səbail" sona yaxın məğlubiyyətdən qurtuldu

Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.
 
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə keçiriləcək oyunlardan biri baş tutub. "Keşlə" "ASK Arena"da "Səbail"i qonaq edib. 
 
Qarşılşamanın ilk hissəsindən sonra fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Keşlə" ikinci hissədə daha bir qol vurmaqla hesab arasındakı fərqi artırıb. Ancaq "Səbail" məğlubiyyətdən qurtulmağı bacarıb. 66-cı dəqiqədə kapitan Rahid Əmirquliyev, 90+5-də isə Camal Araqonun qollarından sonra qonaqlar rəqibindən 1 xal qoparmağı bacarıb. 
 
Azərbaycan Premyer Liqası, 13-cü tur
 
4 dekabr (şənbə)

"Keşlə" - "Səbail" 2:2
(Felipe Santos, 45+7-p. Anatole Abanq, 46 - Rahid Əmirquliyev, 66, Camal Araqo, 90+5)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASK Arena".
 
Səbuhi Həsənov