"Səbail" "Zirə"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında I turun oyunları davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün daha bir oyunu keçirilib. Avrokuboklarla erkən vidalaşan "Səbail" yeni mövsümdən ilk "üçlüy"ü hədəfləyən "Zirə" ilə üz-üzə gəlib. 

Oyunun taleyini bir qol həll edib. 79-cu dəqiqədə penaltidən fərqlənən Yevgeni Koçuk "Səbail"ə qələbə qazandırıb.

Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Keşlə"ni yenib (1:0). Dünən baş tutan oyunda "Sumqayıt" "Qəbələ"yə alib gəlib (2:0). Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" oyunu ilə yekun vurulacaq.
 
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, I tur

18 avqust
Səbail - Zirə 1:0
Qol: Yevgeni Koçuk, 79-pen.
Səbail: 85. Kamal Bayramov (k), 34. Urfan Abbasov, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 55. Adil Nağıyev, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 8. İlkin Muradov, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 23. Kqasvane Mfo, 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 5. Anastasios Papazoqlu, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 25. Miloş  Bakraç, 11. Soni Norde, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"ASCO Arena”.

XƏBƏRLƏR
BLOGLAR