Səbaildə 40-a yaxın ailə qəzalı binada təhlükə qarşısında qalıb (VİDEO)

Səbaildə 40-a yaxın ailə qəzalı binada təhlükə qarşısında qalıb (VİDEO)

Səbail rayonu Abdulla Şaiq küçəsi, 5 ünvanında yaşayan 40-a yaxın ailə bir əsr əvvəl tikilmiş və hazırda qəzalı vəziyyətdə olan evlərdə yaşayırlar.  

Sakinlər deyir ki, bir müddət əvvəl yaxınlıqda yerləşən evlər plana düşərək sökülsə də, onların taleyi ilə maraqlanan olmayıb.  

Tarixi qədər problemi olan binada bir neçə il əvvəı yaşlı qadın yıxılaraq həyatını itirib.  

Problemlə bağlı Səbail Rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavan verən olmadı. (oxu.az)
 


XƏBƏRLƏR
BLOGLAR