XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Səbəb olduqları qalmaqal ailələrini dağıtdı: 28 illik evliliyi bitir (FOTO)
Maqazin14:44 10.09.2026

Səbəb olduqları qalmaqal ailələrini dağıtdı: 28 illik evliliyi bitir (FOTO)

Məşhur aktrisa Lori Louqlin və modelyer həyat yoldaşı Mossimo Giannulli 28 illik evlilikdən sonra boşanır. Qızlarını nüfuzlu universitetə qəbul etdirmək üçün rüşvət verdikləri üzə çıxan cütlük 2019-cu ildə ABŞ-da böyük rezonans doğuran universitetə qəbul qalmaqalının mərkəzində yer almışdı. Hər iki məşhur bu hadisədən sonra həbs cəzası çəkib.

Qaynarinfo xəbər verir ki, “Full House” serialındakı rolu ilə tanınan Lori Louqlin 27 noyabr 1997-ci ildə modelyer Mossimo Giannulli ilə ailə həyatı qurub. Aktrisa sentyabrın 4-də Los-Anceles Ali Məhkəməsinə “barışmaz fikir ayrılıqları” əsasında boşanma ərizəsi təqdim edib. Sənədlərdə cütlüyün ayrılıq tarixi kimi 31 avqust 2025-ci il göstərilib.

Louqlin məhkəməyə təqdim etdiyi sənədlərdə cütlüyün əmlakının, aktivlərinin və borclarının nikah müqaviləsinə uyğun şəkildə bölüşdürülməsini tələb edib. O, həmçinin aliment məsələsinin daha sonra müəyyənləşdirilməsini, ayrı yaşadığı həyat yoldaşının vəkil xərclərini və digər məhkəmə məsrəflərini ödəməsini istəyib.

Cütlüyün 28 oktyabr 1997-ci ildə, toylarından təxminən bir ay əvvəl nikah müqaviləsi imzaladığı da sənədlərdə təsdiqlənib. Lakin həmin müqaviləyə 11 avqust 2015-ci ildə, onların universitetə qəbul qalmaqalında təqsirlərini etiraf etməsindən beş il əvvəl dəyişiklik edilib.

Əslində, məşhur cütlüyün yollarını ayırdığı ötən ilin oktyabrında məlum olmuşdu. Lakin onlar ayrılığı rəsmiləşdirmək üçün bir müddət gözləyiblər və boşanma ərizəsi ayrılıqdan təxminən bir il sonra təqdim olunub.

Lori Louqlinin mətbuat katibi ayrılıq xəbəri yayıldığı zaman “Lori və Mossimo artıq ayrı yaşayırlar. Hazırda davam edən heç bir hüquqi proses yoxdur” açıqlamasını vermişdi.

Cütlüyün 27 yaşlı İzabella Rouz və 26 yaşlı Oliviya Ceyd adlı iki qızı var.

Ayrılıq xəbəri yayılandan dərhal sonra cütlüyün yenidən bir araya gəlmək ehtimalının “sıfır” olduğu barədə xəbərlər yayılmışdı. Həmçinin onların son bir neçə ildə çox çətin dövr keçirdikləri və münasibətlərinin əslində çoxdan sona çatdığı iddia olunurdu.

Louqlinin ötən il elan edilən ayrılıq qərarından sonra dərhal boşanma ərizəsi təqdim etmədiyi, bəlkə də ayrılığın münasibətlərini xilas edə biləcəyinə ümid etdiyi bildirilir. Lakin vəziyyət dəyişmədikdən sonra aktrisanın boşanma üçün məhkəməyə müraciət etdiyi qeyd olunur.

62 yaşlı Louqlin və 63 yaşlı Giannulli 2019-cu ildə ABŞ-da böyük səs-küyə səbəb olan universitetə qəbul qalmaqalına görə gündəmə gəlmişdilər. Onlar 2020-ci ilin mayında qızlarını avarçəkmə ilə məşğul olmadıqları halda Cənubi Kaliforniya Universitetinin avarçəkmə komandası üçün nəzərdə tutulan idmançı kvotası ilə universitetə qəbul etdirmək məqsədilə 500 min dollar rüşvət verdiklərini etiraf etmişdilər.

Lori Louqlin aktyorluq karyerasını demək olar ki, itirmək təhlükəsi ilə üzləşməklə yanaşı, federal həbsxanada iki ay həbs cəzası çəkib və 2020-ci ilin dekabrında azadlığa buraxılıb. Giannulli isə beş aylıq federal həbs cəzasını başqa bir həbsxanada 2021-ci ilin aprelində başa vurub.

Bu böyük qalmaqaldan sonra cütlüyün evliliyinin “bir daha əvvəlki kimi olmadığı” uzun müddət gündəmdə qalıb.

“Universitet qalmaqalı dönüş nöqtəsi oldu. Bundan sonra aralarındakı bağ heç vaxt tam şəkildə bərpa olunmadı və münasibətlərini düzəldə bilmədilər.”

İddialara görə, bunun əsas səbəblərindən biri Lori Louqlinin baş verənlərə görə həyat yoldaşını günahlandırması olub. Aktrisa bütün məsuliyyəti ərinin üzərinə qoymasa da, qalmaqala aparan yolu məhz onun açdığını düşündüyü bildirilir.

Cütlüyün qızları İzabella və Oliviya valideynlərinin ayrılmasından sonra “çətin” dövr keçiriblər. Lakin yayılan məlumatlara görə, onlar bu məsələdə hər hansı “tərəf” tutmamağa üstünlük veriblər.

Ayrılıqdan sonra həm Louqlinin, həm də Giannulli-nin adı başqa şəxslərlə hallanıb. Lori Louqlin ayrılıq xəbəri açıqlanmamışdan bir gün əvvəl aktyor Ceyms Tupper ilə qucaqlaşarkən görüntülənib.

“Mossimo” brendinin təsisçisi Mossimo Giannulli isə özündən xeyli gənc stilist Hanna Harrison ilə dəfələrlə birlikdə görüntülənib.

Aydın