İraqın sabiq prezidenti Səddam Hüseynə məxsus tüfəng ABŞ-da hərraca çıxarılacaq.
ANS PRESS-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, 1993-cü ildə Səudiyyə Ərəbistan kralı tərəfindən İraqın sabiq prezidentinə hədiyyə edilən “Ruger M77” markalı tüfəng 13-15 sentyabr tarixində “Rock Island Auction ” auksionunda satılacaq. Polad və qozdan hazırlanmış bu silaha 7,5-15 min dollar arasında ilkin qiymət qoyulub.
Qeyd edək ki, sözügüdən tüfəng 2003-cü ildə ABŞ ordusu Bağdada Prezident Sarayına daxil olan oradan götürülüb. Sabiq prezidentin tüfəngi ABŞ kəşfiyyatında 29 il çalışsıqdan sonra şəxsə pensiyaya çıxmaq münasibəti ilə hədiyyə qismində verilib.
Şərhlər