Səddam Hüseynin yazdığı roman aşkarlandı - FOTO

Səddam Hüseynin yazdığı roman aşkarlandı - FOTO

Səddam Hüseyin məhəbbət romanları yazırmış. 

ANS PRESS-in məlumatına görə, İraqın mərhum prezidenti "Zəbibə və Şah" adlı roman müəllifidir. Roman 2000-ci ildə əvvəlcə İraqda müəllifsiz buraxılırdı. Daha sonra kitab Səddam Hüseyn müəllifiliyi ilə çıxmağa başladı. 2001-ci ilin axırında Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Londonun kitab mağazasında "Şah və Zəbubə" adlı kitaba rast gəlirlər.

Onlar belə hesab edir ki, kitab Səddam Hüseynin sifarişi ilə başqa bir müəllif tərəfindən yazılıb. Roman İraqda ən çox satılan kitab olub. Kitabın süjeti məhəbbət və inqilab əsasında yazılıb. Belə ki, Mesopotamiya şahı Zəbibə adlı adi bir qadına aşiq olur. Onların arasında sevgi macərası yaşanır. Qadın şaha sadə xalqın əzablarından danışır. Şah islahatlar edir ki, bu da sarayı, arvadını və digər nüfuzlu şəxsləri ona qarşı qaldırır. İslahatların əleyhinə olanlar şaha bir neçə dəfə sui-qəsr təşkil edir. Zəbibənin sayəsində bu cəhdlər uğursuzluqla nəticələnir. Bundan sonra elit təbəqə qiyam qaldırır. 

Qiyam da xalqın və ordunun sayəsində yatırılır. Zəbibə 1991-ci il 17 yanvar tarixində inqilab zamanı, "Səhrada fırtına" əməliyyatının başladığı gün həlak olur. Bu zaman xalqın nümayəndələri yeni demokratik konstitusiya qurmaq üçün sarayda toplaşır. Daha sonra şah hakimiyyətdən uzaqlaşır və vəfat edir. Tənqidçilər hesab edir ki, Səddam əsərdə şah kimi özünü təsvir edib. Kitabın rus dilində tərcüməsi 2003-cü ildə işıq üzü görür.

Qaynar.info 

XƏBƏRLƏR
BLOGLAR