Ölkə 12:50 29.03.2020

Sədr çağırış etdi: “Yalnız bu yolla bu bəladan qurtula bilərik”

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyi (DHM İB) olaraq bəşəriyyəti silkələyən koronavirusdan xilas olmaq üçün bütün vətəndaşlarımızı fəal olmağa çağırırıq.

Bunu Qaynarinfo-ya Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyinin (DHM İB) sədri, şair, gəmi kapitanı Faiq Balabəyli deyib.

O bildirib ki, koronavirus təhlükəsi ilə üz-üzə qalan dünyamızı yalnız bir olaraq bu bəladan xilas edə bilərik:

"Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (DHM İB) olaraq Azərbaycan hakimiyyətinin, həkimlərinin bu yolda etdiyi fədakarlığı və işbirliyini dəstəkləyir və insanlarımızdan onlarla həmrəy olmalarını xahiş edirik. Bu, bir imtahandır. Yaşamaq uğrunda çarpışmadır və bu savaşda bir olmalıyıq.
Azərbaycan hökumətinin bu bəladan qurtulmaq üçün yürütdüyü siyasət və tövsiyəyə əməl olunmalıdır.  

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctima Birliyi (DHM İB) bu istiqamətdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin atdığı əməli addımları nümunə göstərir. Belə ki, növbəyə gedən və növbədən qayıdan dənizçilərin karantinə cəlb olunmaları və sağlam şəkildə həyatımızı davam etdirmək istiqamətindəki əməli işlər mühüm əhəmiyyət kəsb edir. Biz yalnız karantin qaydalarına əməl etməklə bu bəladan qurtula bilərik”.