Suyun insan orqanizmi üçün inanılmaz faydaları barədə demək olar ki, hər kəs bilir. Eləcə də limonun sağlamlığa faydaları çoxların məlumdur. Amma limonlu isti suyun faydalarını bilənlər azdır.
"Qaynarinfo" Ailem.az-a istinadən limonlu isti suyun faydalarını təqdim edir:
Bağırsaqları işlədir
Ac qarına hər səhər bir stəkan isti və ya ilıq limonlu su içmək bağırsaqların doğru işləməsinə şərait yaradır.
Arıqlamağa kömək edir
Səhərləri içəcəyiniz bir stəkan limonlu isti su həzmi yaxşılaşdıraraq, arıqlamağa kömək edəcək.
Burun və boğaz tutulmasının qarşısını alır
İsti su soyuqdəyməyə, öskürək və boğaz ağrısına kömək edir. Bəlğəmi aparır, nəfəs borusuna yaxşı təsir edir.
Menstruasiya ağrılarını azaldır
İsti su menstruasiya ağrılarını azaltmağa kömək edir. Suyun istiliyi qarın əzələlərində sakitləşdirici təsirə malikdir.
Qocalmanın qarşısını alır
İsti su içmək dərinin elastikliyini artırır, dəri hüceyrələrini bərpa edir və daha hamar cildə sahib olmağa səbəb olur.
Saçlarınızı canlandırır və uzadır
İsti su içmək yumşaq, parlaq saç əldə etmək üçün də yaxşı bir yoldur. Saç kökündəki sinir uclarını hərəkətə gətirir. Eyni zamanda saçların inkişafını da sürətləndirir.
Qaynarinfo.Az
Şərhlər