Xəbər lenti

Səhhəti pisləşdi, konsertini başlamazdan bir neçə saat əvvəl ləğv etdi
Sənət 15:32 04.09.2025

Səhhəti pisləşdi, konsertini başlamazdan bir neçə saat əvvəl ləğv etdi

Müğənni Ledi Qaqa Mayamidəki çıxışını başlamazdan bir neçə saat əvvəl ləğv etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, sənətçi bu barədə "Instagram"da yazıb. 

Ledi Qaqa konserti səhhətinə görə təxirə salmaq məcburiyyətində qaldığını açıqlayıb. Ona səsində gərginliklə bağlı problemlər diaqnozu qoyulub. Ulduzun həkimi və vokal məşqçisi ona səs tellərini gərginləşdirməməyi tövsiyə edib.

Ledi Qaqanın sözlərinə görə, o, səs tellərini zədələmək riskinə girmək istəmir. O, hər gecə canlı ifa etdiyini xatırladıb. Sənətçi konsertin ləğvinin onun üçün çətin və ağrılı qərar olduğunu etiraf edib.

"Bununla belə, səsimin uzunmüddətli nəticələrindən daha çox qorxuram. Ümid edirəm ki, məni bağışlaya və sizi ruhdan saldığım, məyus etdiyim və narahatçılığa səbəb olduğum üçün səmimi üzrlərimi qəbul edə bilərsiniz", deyə müğənni paylaşıb.

Ledi Qaqa əlavə edib ki, o və komandası konsertlərin vaxtının dəyişdirilməsi üzərində işləyir. O, dəyişiklikləri mümkün qədər tez dərc etməyə çalışacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->