Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatının yaxşılaşdırılması üçün işlər görüləcək.
Qaynarinfo xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılmasını təmin etmək tapşırılıb.
Şərhlər