Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.
Qaynarinfo Sonxeber.az-a istinadən xəbər verir ki, həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur. O, Murovda ermənilərin müşahidə postunu dağıdaraq, Zəngilanda yaralanmasına baxmayaraq, 4 gün ac-susuz döyüşüb.
Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər pusquya salsa da, o, pusqudan çıxmağı bacarıb.
Böyük şücaət göstərən əsgərmiz hazırda sağalmaq üzrədir.
Şərhlər