Video 10:59 01.12.2021

Şəhid polkovnik Emil Nəzirovun görüntüləri hər kəsi təsirləndirdi (VİDEO)

Dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz şəhid olub.

Həmin qəzada şəhid olan polkovnik-leytenant Emil Nəzirovun gitarada ifa etməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Şəhid hərbçinin sözləri Mövlud Süleymanlı, musiqisi İbrahim Topçubaşova məxsus "Nə bəxtiyardıq” mahnısını ifa etməsi hər kəsi duyğulandırıb.