Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün XIV sonuncu turun görüşləri keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.
Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalı idi. Amma ABŞ şahmatçısı qələbə qazanaraq çempion olub. Şəhriyar və Sergey Karyakin 2-3-cü pilləri bölüşüb.
İddiaçılar turniri
XIV tur
Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) 0,5:0,5
Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ)
Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ) 0,5:0,5
Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin) 0,5:0,5
Turnir cədvəli:
1. Karuana - 9
2. Məmmədyarov - 8
3. Karyakin - 8
4. Dinq - 7.5
5. Kramnik - 6.5
6, Qrişuk – 6,5
7. So – 6
8. Aronyan – 4.5
Şərhlər