Çinin şərqində yerləşən Anhui əyalətində güclü sel 480 illik tarixi körpünü uçurub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Xuanqşan şəhərindəki körpü Minq xanlığı (1368-1644) dövründə inşa edilib. Hadisə zamanı körpünün üzərində avtomobil və insan olmayıb.
Qeyd edək ki, bazar ertəsindən bəri davam edən şiddətli yağışla bölgənin bir çox yerində sel basqınlarına səbəb olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər