Xəbər lenti

Sel İsmayıllıda körpünü uçurtdu: 3 gündür heç kimin yadına düşmür (FOTO)
Foto 19:00 21.06.2018

Sel İsmayıllıda körpünü uçurtdu: 3 gündür heç kimin yadına düşmür (FOTO)

İsmayıllı rayonun Qalacıq kəndində körpünü sel dağıdıb.

Bu barədə Qaynarinfo-ya kənd sakinləri məlumat verib. Bildirilib ki, 2000 nəfərə yaxın sakini olan kəndin respublika ilə nəqliyyat əlaqəsi kəsilib.

Artıq üç gündür ki, yolun bağlanmasına baxmayaraq ciddi tədbirlər görülmür. Kənd camaatı bu biganəlikdən narahatdır. 

"Rayonun nəqliyyat idarəsi 1 maşın çınqıl daş (şebel) gətirərək həmin yerə tökmək istədi. Ancaq haqlı olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları buna icazə vermədi. Bildirdilər ki, bu daşların körpünün altına tökülməsinin mənası yoxdur, onsuzda çay yuyub aparacaq, sakinlərdə arxayınçılıq yaranar, körpüdən istifadə edərlər və bu daha insan faciəsinə səbəb ola bilər. Hazırda sakinlər nə işə gedə, nə də ərzaqla təmin oluna bilir. Hətta digər yerlərdən kəndə qonaq gələnlər də geriyə qayıda bilmirlər. Hadisə yerinə gələn rayon yol idarəsinin nümayəndəsi özü bizə dedi ki, rəhbərlik deyib onsuzda havalar isinib, leysanın olması ehtimalı azalıb, çınqıl daşlarla birtəhər kosmetik təmir edin. Belə çıxır ki, İcra Hakimiyyəti bizi başından edir" deyə sakinlər bildirib.

Məlumata görə, bir nəfər kənd sakini apendisit sancısından əziyyət çəkib, ancaq yollar bağlı olduğundan onu xəstəxanaya aparmaq mümkün olmayıb. Həmin şəxs hazırda türkə-çarə ilə müalicə olunur. 

Onu qeyd edək ki, Qalacıq kəndində hətta aptek belə yoxdur. Bu isə vəziyyəti daha da çətinləşdirir. Kənddə həm də hamilə qadınlar da var. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->