Xəbər lenti

Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerində nöqsan aşkarlanıb
Ölkə 19:38 24.09.2020

Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerində nöqsan aşkarlanıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə əvvəlcədən xəbərdarlıq etmədən növbəti planlı başçəkmə keçirilib.

Ombusdman Aparatından Qaynarinfo-ya verilən məlumata görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, inzibati qaydada həbs edilmiş və təqsirləndirilən şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin kameralarına, mətbəxə, hamama, istintaq, tibb, ibadət otaqlarına, gəzinti sahəsinə baxış keçirilib, tibbi yardımın təşkili, qidalanma, sovqat qəbulu, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan inzibati qaydada həbs edilmiş və təqsirləndirilən şəxslər fərdi qəbul olunaraq hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

Başçəkmə zamanı müəssisədə təqsirləndirilən şəxslərin daxili intizam qaydalarına uyğun saxlanılmasında nöqsan aşkar edilib, müvəqqəti saxlama yerinin rəhbərliyinin diqqətinə çatdırılmaqla yerində aradan qaldırılması təmin edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.   

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->