Dünya 13:18 27.01.2022

Senat Nazarbayevin TŞ-də ömürlük sədrliyini ləğv etdi, ancaq bu səlahiyyətləri qaldı

Qazaxıstan Parlamentinin Senatı (yuxarı palatası) bu gün respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqları Assambleyasına ömürlük sədrlik etməsi ilə bağlı qanunvericiliyə düzəlişlər qəbul edib. 

Qaynarinfo bu haqda TASS-a istinadla xəbər verir. Bundan əvvəl, yanvarın 19-da bu düzəlişlər parlamentin aşağı palatası - Məclis tərəfindən təsdiqlənib. İndi onları dövlət başçısı Qasım-Jomart Tokayev təsdiq etməli olacaq.

Xatırladaq ki, yanvarın əvvəlində Nazarbayev respublikanı bürümüş iğtişaşlar zamanı Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri səlahiyyətlərini ona vermişdi. Həmçinin Nazarbayevin qohumları yüksək postlarını itiriblər, sabiq prezidentin özü isə həmvətənlərinin və medianın nəzərindən uzaq düşüb və yalnız bu yaxınlarda özü haqqında məlumat verib, sağ olduğunu və Qazaxıstanı tərk etmədiyini bildirib.

Eyni zamanda, bu il yanvarın 20-də məlum olub ki, Qazaxıstanın birinci prezidenti respublikanın Konstitusiya Şurasının üzvü olmaq, həmçinin hökumətdə və parlamentdə çıxış etmək hüququnu özündə saxlayıb.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?