"Səni deyirlər"in ifaçısı: "Mahnının sözləri Mahmudinindir, Şəhriyarın yox"
Son günlər Azərbaycanda trendə çevrilən "Səni deyirlər" musiqisi böyük marağa səbəb olub. Azərbaycanın tanınmış şairi Şəhriyar del Gerani iddia edir ki, həmin mahnının sözlərini bir neçə il əvvəl İranda həbsdə olarkən yazıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Səni deyirlər"in ifaçısı İbrahim Əlizadə bildirib ki, Şəhriyar del Geraninin dedikləri həqiqətə uyğun deyil:
"Mahnının sözləri Cənubi Azərbaycanın tanınmış aşığı olan Mahmudinindir. Mahmudi Sulduz mahalının tanınmış aşıqlarından olub, ifaçısı isə Şahsəzardir. O da, 1995-ci ildə vəfat edib. Mahnı İranda 4 ay öncə daha da məşhurlaşıb. "Səni deyirlər" mahnısı yenidən oranjıman olduqdan sonra hər kəsin marağına səbəb oldu".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər