İdman 14:05 15.11.2019

Şenol Günəş 9 futbolçunu heyətdən kənarlaşdırdı

"AVRO-2020"nin final mərhələsinə vəsiqə qazanan Türkiyə millisinin heyətində dəyişiklik olub. 

Qaynarinfo xəbər verir ki, qrup mərhələsinin son matçında Andorra ilə qarşılaşacaq komandanın heyətindən 9 futbolçunun adı çıxarılıb. 

Baş məşqçi Şenol Günəş Əmrə Belözoğlu, Cengiz Ündər, Cenk Tosun, Çağlar Söyüncü, Əfəcan Qaraca, İrfan Can Kahveci, Mahmud Təkdəmir və Mərd Günoku səfər matçına aparmayacaq. 

Onların yerinə gənclərdən ibarət yığmanın üzvləri Əhməd Kutucu, Berkay Özcan, Güvən Yalçın və Mərt Müldür Andorra ilə oyunda əsas millinin formasını geyinmək şansı qazanıblar. 

Qeyd edək ki, Andorra - Türkiyə matçı 17 noyabr tarixində saat 23:45-də keçiriləcək.

Röya