Xəbər lenti

Sentyabrdan Bakıda evlərin qiyməti bahalaşacaq
Ölkə 08:44 09.08.2017

Sentyabrdan Bakıda evlərin qiyməti bahalaşacaq

Hazırda yay mövsümü olduğu və məzuniyyətlər dövrünün başladığı üçün Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlikdir.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, hazırda bazarda aktivliyin azalması evlərin qiymətinə təsir edib: “Ümumən, daşınmaz əmlak bazarında iyun ayı ərzində 0.6 faiz azalma müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında 7 faiz, ilkin mənzil bazarında qiymətlərdə 1 faiz azalma olub, torpaq bazarında isə qiymətlər demək olar ki, stabil qalıb”.

Ekspert bildirib ki, daşınmaz əmlak bazarında alıcıların böyük əksəriyyəti mənzil almaq və ya satmaq üçün payız aylarını gözləyirlər: “Adətən bazarda aktivlik avqustun sonu, sentyabrın əvvəlində başlayır. Bazarda aktivliyin artması təbii ki, qiymət artımına da səbəb olacaq”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->